
Türkiyə Ukrayna münaqişəsinin həllində vasitəçi rolunu oynamağa hazırdır, biz bunu həmişə bəyan etmişik.
AFN.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə mediasına açıqlamasında deyib.
O qeyd edib ki, tərəflər nələri istədiklərini və nələri istəmədiklərini açıq şəkildə bildirirlər. "Problem onların istəkləri ilə imtinaları arasındakı uyğunsuzluqdadır. Məhz bu nöqtədə vasitəçiyə ehtiyac yaranır" – deyə Hakan Fidan vurğulayıb.
O qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinə dair bəzi məsələlərin Ukraynada referendum və seçkilər vasitəsilə həll oluna biləcəyini də istisna etməyib: "Sülh sazişinin bir sıra maddələri yalnız referendum yolu ilə qəbul oluna bilər".