"Ukrayna konflikti Ukraynada referendum yolu ilə həll oluna bilər".
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "tvnet" kanalına verdiyi müsahibədə bildirib.
“Ukrayna böhranı ilə bağlı problemlər 2026-cı ildə də qalacaq, ən azı ilk və ikinci rüblərdə. Bəzi məsələlər Ukraynada referendum və ya seçkilər vasitəsilə həll oluna bilər. Bu, siyasi liderin özbaşına imzalamaq istəməyəcəyi qərarı əhatə edə bilər”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, həm Rusiya, həm də Ukrayna “dəqiq olaraq nə istədiklərini və nə istəmədiklərini” açıqlayır, lakin Moskva və Kiyev arasındakı tələblər çox fərqlidir. Fidan ümid edir ki, tərəflər kompromisli qərara gələ biləcəklər.