AZ

Vüsal İsgəndərli “Flamurtari”yə qol vurdu – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 16-cı turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşdə 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu da 33-cü dəqiqədə azərbaycanlı hücumçu vurub.

“Partizani” 16 turdan sonra 23 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. Sözügedən komanda 16 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 15 oyuna çıxıb, 3 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Seçilən
68
5
arena.az

7Mənbələr