La Liqanın 16-cı turunda “Barselona” "Osasuna"nı (2:0) məğlub edib.
Apasport.az xəbər verir ki, qarşılaşma “Barselona” üçün əlamətdar olub.
Belə ki, komanda ardıcıl 37-ci liqa matçında qol vurmağı bacarıb. Bu göstərici klub tarixində ikinci ən uzun seriyadır.
Sözügedən nəticə 2018-ci ilin fevralından 2019-cu ilin fevralına qədər Ernesto Valverdenin baş məşqçi olduğu dövrdə qeydə alınan seriya ilə eynidir.
Qeyd edək ki, 2012-ci ilin fevralından 2013-cü ilin oktyabrına qədər “Barselona” ardıcıl 63 liqa oyununda qol vuraraq tarixi rekord müəyyənləşdirmişdi.
"Neftçi" Rusiya klubu ilə əməkdaşlıq edəcək
"Qalatasaray"dan inamlı qələbə
"Borussiya" ulduz futbolçusuna 50 milyon avro qiymət qoyub
Mbappe PSJ-yə qarşı məhkəməni uduzdu, xərcləri ödəməlidir
“Real”ın hücumçusu Fransa klubuna keçəcək