Fransa Liqa 1-in 17-ci turu çərçivəsində PSJ və “Paris” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Paris şəhərində yerləşən “Park de Prens” stadionunda baş tutan oyunda PSJ 2:1 hesablı qələbə qazanıb. Matçın baş hakimi Mets şəhərindən olan Benua Bastiyen olub.
Görüşdə hesabı 45-ci dəqiqədə Dezire Due açaraq meydan sahiblərini önə çıxarıb. 51-ci dəqiqədə Vilem Jebbel penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Cəmi iki dəqiqə sonra, 53-cü dəqiqədə Usman Dembele fərqlənərək PSJ-yə qələbə qazandıran qolu vurub.
Bu nəticədən sonra PSJ 39 xalla Fransa çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Paris” komandası isə 16 xalla 15-ci yerdə mövqeyini qoruyur.