AZ

Türkiyədən Fransaya kimyəvi maddə ixracı 716 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Fransaya kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artaraq, 716 milyon 54 min 64 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Fransaya kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq, 49 milyon 390 min 73 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 2 milyar 367 milyon 197 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 31 milyard 974 milyon 542 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Seçilən
48
46
turkic.world

10Mənbələr