AZ

Muğla Milas-Bodrum hava limanında sərnişindaşıma 4 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin noyabr ayında Türkiyənin Muğla Milas-Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 4 milyon 301 min 871 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 2 milyon 480 min 83 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz azalaraq 1 milyon 821 min 788 nəfər təşkil edib.

2025-ci ilin noyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 44 min 697 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 20 min 347 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 6 faiz azalaraq, 24 min 350 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,03 faiz artaraq, 40 min 699 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 0,1 faiz artaraq, 23 min 31, beynəlxalq reyslər üzrə isə 0,1 faiz azalaraq 17 min 368 olub.

2025-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 229 milyon 584 min 573 nəfər, yük daşınması isə 4 milyon 738 min 323 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Seçilən
22
14
turkic.world

10Mənbələr