AZ

Özbəkistanda Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib

Bakı. Trend:

Özbəkistan Yazıçılar İttifaqında böyük Azərbaycan şairi MəhəmmədFüzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi olub.

Azərbaycanın Özbəkistandakı səfirliyindən Trend-ə verilən məlumatagörə, tədbirdə görkəmli dövlət və ictimai xadimlər, şairlər,yazıçılar, ədəbiyyatşünas alimlər, tərcüməçilər və tələbələriştirak ediblər.

Mərasimi Özbəkistan Yazıçılar İttifaqının sədri, şair SiracəddinSəyyid açaraq Məhəmməd Füzulinin yaradıcılığı haqqında genişməlumat verib. Onun sözlərinə görə, şairin demək olar ki, bütünəsərləri özbək dilinə tərcümə olunub və Füzuli poeziyası bütün türkxalqları arasında böyük sevgi və ehtiramla oxunur. Xüsusilə “Leylivə Məcnun” poemasının özbək xalqı üçün son dərəcə əziz və dəyərliolduğu vurğulanıb.

Daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəfəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan MədəniyyətMərkəzinin direktoru Akif Marifli çıxış edərək bildirib ki,Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının nəşriAzərbaycan–Özbəkistan mədəni əlaqələrinin son illər dövlətbaşçıları səviyyəsində ardıcıl və sistemli şəkildə inkişafınınbariz nümunəsidir. O vurğulayıb ki, Özbəkistan Prezidenti ŞavkatMirziyoyevin kitaba yazdığı ön söz nəşrə xüsusi dəyər qatmaqlayanaşı, özbək və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlıhörmət ruhunu əks etdirir və Azərbaycan Prezidenti İlham Əliyevinhumanitar sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətindəapardığı siyasətlə səsləşir.

Tədbirdə, həmçinin Özbəkistan Yazıçılar İttifaqı sədrininmüavini, şair Qayrat Məcid, Azərbaycan Milli Elmlər AkademiyasıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiyaelmləri doktoru Almaz Ülvi Binnətova, onlayn formatda həmin şöbəninəməkdaşı Yaşar Qasım, özbək alimləri — professor Maqsud Əsədov,filologiya elmləri doktoru Gülbahar Aşurova və digərləri çıxışediblər. Çıxışlarda Məhəmməd Füzulinin təkcə Azərbaycanədəbiyyatının deyil, bütövlükdə Şərq klassik poeziyasının böyük sözustadı olduğu qeyd edilib.

Qeyd edək ki, kitab Özbəkistan Yazıçılar İttifaqı və Özbəkistanİslam Sivilizasiyası Mərkəzinin birgə təşəbbüsü ilə Daşkənddə“Zilol buloq” nəşriyyatında nəfis tərtibatla çap olunub. ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyev kitaba “Özbək və Azərbaycanxalqlarının birliyi” adlı ön söz yazıb. Nəşrdə şairin “Divan”ı,“Leyli və Məcnun”, “Bəngü badə”, “Meyvələrin söhbəti” poemaları vəqəzəlləri yer alıb.

Kitabı nəşrə hazırlayan, lüğət və izahların müəllifi MirzəKenjabekdir. Nəşrin hazırlanması zamanı Özbəkistan İslamSivilizasiyası Mərkəzinin kitabxanasında saxlanılan nəstəliq xəttiilə yazılmış “Divani Mövlana Füzuli” və “Divani Füzuli”əlyazmalarından, Türkiyənin Süleymaniyyə kitabxanasında qorunan“Divani Füzuli əleyhir-rəhmə” əlyazmasının bir nüsxəsindən, eləcədə Səidjon Taşmuhamedov ailəsində saxlanılan “Divani Füzuli maaLeyli və Məcnun” litoqrafik nəşrindən istifadə olunub. KitabaMəhəmməd Füzulinin əvvəllər nəşr olunmayan əsərləri də daxiledilib.

Seçilən
24
6
az.trend.az

7Mənbələr