AZ

Goranboyda zəncirvari QƏZA BAŞ VERİB

Ajans.az xəbər verir ki,hadisə Bakı-Qazax magistral yolunun rayonun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai Elantra" qarşısına çıxan uzunqulağı vurub. Qəzadan sonra uzunqulaq yenidən yolun hərəkət hissəsinə çıxan zaman "Mercedes " markalı minik maşını vurub. Uzunqulaq hadisə yerində tələf olub. Bundan sonra qəzaya görə "KİA " markalı avtomobil dayanıb. Digər hərəkətdə olan "Hyundai Santefe " markalı minik maşını "KİA"ya arxadan çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır./unikal.az

Seçilən
76
16
Ajans.az

10Mənbələr