AZ

Goranboyda uzunqulaq zəncirvari qəzaya səbəb oldu - FOTO

Goranboyda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai Elantra" qarşısına çıxan uzunqulağı vurub. Qəzadan sonra uzunqulaq yenidən yolun hərəkət hissəsinə çıxan zaman "Mercedes " markalı minik maşını vurub.

Uzunqulaq hadisə yerində tələf olub. Bundan sonra qəzaya görə "KİA " markalı avtomobil dayanıb. Digər hərəkətdə olan "Hyundai Santefe " markalı minik maşını "KİA"ya arxadan çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Goranboyda

Seçilən
26
11
avtosfer.az

10Mənbələr