AZ

Almaniya Bundesliqası: “Ştutqart” “Verder”i darmadağın etdi

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniya Bundesliqasının 14-cü turunda “Ştutqart” səfərdə “Verder”in qonağı olub.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Ştutqart”ın 4:0 hesablı üstünlüyü ilə başa çatıb.

Hesabı 40-cı dəqiqədə Bilal Əl-Xannus açıb. Dörd dəqiqə sonra Ceymi Levelinq fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Deniz Undav, 90+7-ci dəqiqədə isə Kris Fyuriç adını tabloya yazdırıb.

Qeyd edək ki, meydan sahibləri 59-cu dəqiqədən azlıqda qalıblar. Karim Kulibali iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra “Verder” 16 xalla Almaniya çempionatının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. “Ştutqart” isə 25 xalla altıncı yerdədir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
icma.az

2Mənbələr