Ötən gün Qusarın Yuxarı Ləyər kəndində baş verən qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanovanın və 43 yaşlı Cəmilə Bağırovanın meyitləri gecə saatlarında Bakıya aparılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərhumların dəfn mərasimləri Bakıda olacaq.
Qəzada yaralanan 63 yaşlı sürücü Fariza Ramaldanova və 8 yaşlı Rüstəm Qoşqar oğlu Rəhimov hazırda Qusar rayon Mərkəzi Xəstəxanasının reanimadiya şöbəsindədirlər. Üz nahiyələrində yüngül cızıqlar olan 3 yaşlı Adam və Arman Rəhimovlar isə Bakıya-evə göndərilib.
Qeyd edək ki, qəzaya uğrayanlar tanınmış hərbi ekspert Şair Ramaldanovun qardaşı Elmanın ailə üzvləridir. Qəzada ölən Tamilla Elman Ramaldanovun qızıdır. Həyatını itirən digər şəxs - Cəmilə Bağırova əkiz uşaqlar olan Adam və Arman Rəhimovların dayəsi idi.
Xatırladaq ki, Fariza Ramaldanovanın idarə etdiyi "KiaSorento" markalı avtomobilin dərəyə aşması nəticəsində iki nəfər hadisə yerində ölüb. Sürücü və 3 uşaq isə xəstəxanaya çatdırılır.
Faktı Qusar polisi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta