AZ

Bakı Metropoliteni qatarların tunellərdədə qalmasına aydınlıq gətirib

Bakı. Trend:

Bakı Metropolitenində sərnişin sıxlığı səbəbilə hüdud xəttininkeçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur.Nəticədə qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur vəplatformalarda normadan artıq dayanır. Arxadan gələn qatarlar datunellərdə və stansiyalarda dayanmalı olur.

Bu barədə Trend-in sorğusuna cavaba olaraq Bakı MetropoliteniQSC-dən məlumat verilib.

Bildirilir ki, Qırmızı və Yaşıl xətlər "28 May" stansiyasındakəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri həriki xətt üzrə ümumi yubanmalara səbəb olub.

"Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməməküçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər", -qurumdan vurğulanıb.

Qeyd edək ki, səhər saatlarından etibarən Bakı metrosundaproblem yaranıb. Bütün stansiyalarda sərnişin sıxlığı müşahidəedilir.

"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "İnşaatçılar" və"28 May" tunelində dayanıb.

Seçilən
110
4
az.trend.az

7Mənbələr