AZ

Metroda sıxlıq müşahidə olunur Qatarlar tunellərdə dayanıb

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.

"AzPolitika" xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.

“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo” bildirilib ki, sərnişin sıxlığı səbəbi ilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur: “Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Beləliklə, arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur. Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
4
azpolitika.info

7Mənbələr