Xaçmazın Alıcqışlaq kəndində kənd sakini Niyaməddin Mirzəyevin 8 otaqdan ibarət yaşayış evində yanğın olub. Nəticədə evin 50 kv.m hissəsi yanıb.
Bizim.Media xəbər verir ki, 240 kv.m sahəsi olan evin digər əraziləri hadisə yerinə gələn FHN-nn Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən qorunub və alovun genişlənməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbi məlum deyil.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta