AZ

Qarabağ atları Bəhreyndə keçirilən “Mara’ee 2025” festivalında çıxış edib FOTO

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) mədəniyyət və yaradıcılıq kollektivləri Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalında iştirak edib.

DSX-dan APA-ya verilən məlumata görə, festival çərçivəsində Azərbaycan nümayəndə heyəti 8–13 dekabr tarixləri arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib.

Festival çərçivəsində səhnə proqramında DSX-nin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
2
apa.az

3Mənbələr