Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) mədəniyyət və yaradıcılıq kollektivləri Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalında iştirak edib.
DSX-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, festival çərçivəsində Azərbaycan nümayəndə heyəti 8–13 dekabr tarixləri arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib.
Festival çərçivəsində səhnə proqramında DSX-nin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb.