
“Rusiya Prezidenti Vladimir Putin Ukraynada ciddi sülhə və ciddi qərarlara açıqdır”.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
O bildirib ki, Kreml rəhbəri vaxtı ləngitməyə və süni müvəqqəti fasilələr yaratmağa yönəlmiş heç bir hiyləyə qətiyyən açıq deyil.
Peskov qeyd edib ki, münaqişənin həlli üçün komandası ilə birlikdə çalışan ABŞ Prezidenti Donald Tramp da Ukraynada sülh istəyir.
Daşqın HəsənovMissiya.Az