AZ

"Avroviziya 2026"da bu 35 ölkə iştirak edəcək - SİYAHI

Gələn il keçiriləcək "Avroviziya 2026" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin tam siyahısı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (AYB) məlumat yayıb.

Qeyd edilib ki, 2026-cı ildə birincilik uğrunda 35 ölkənin təmsilçisi mübarizə aparacaq.

Avstriyanın Vyana şəhərində keçiriləcək müsabiqədə İsrail iştirak etdiyi üçün 5 ölkə qatılmayacaq.

Bunlar Niderland, İspaniya, Sloveniya, İslandiya və İrlandiyadır. Lakin Bolqarıstan, Ruminiya və Moldova kimi ölkələr isə bu müsabiqəyə yenidən geri dönüş edib.

Məlumat üçün bildirək ki, Azərbaycan artıq "Avroviziya 2026" üçün mahnı seçiminə başlayıb. İctimai Televiziya tərəfindən verilən məlumata əsasən, bu gündən etibarən müsabiqədə iştirak etmək istəyən ifaçılar öz mahnılarını 18 yanvar tarixinədək [email protected] ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "Avroviziya 2026"ya Avstriyanın Vyana şəhəri ev sahibliyi edəcək.

Seçilən
38
50
far.az

10Mənbələr