AZ

Lukaşenko Maduronu qəbul etməyə hazır olduğunu bildirib

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro istefa verəcəyi təqdirdə,ürəyi istəsə, Belarusa köçə bilər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Belarus lideri AleksandrLukaşenko bildirib.

“Maduro heç vaxt bizim düşmənimiz və ya rəqibimiz olmayıb. O,Belarusa gəlmək istəsə - qapılarımız onun üzünə açıqdır”, - deyəLukaşenko vurğulayıb.

Lukaşenko diqqətə çatdırıb ki, bu vaxta qədər Maduro ilə bubarədə söhbət olmayıb.

Maduronu Venesuelanın keçmiş lideri Uqo Çavezlə müqayisə edənLukaşenko, onun güclü xarakterli insan olduğunu vurğulayıb.

Seçilən
35
1
az.trend.az

10Mənbələr