AZ

Lukaşenko narkotiklərlə mübarizədən danışdı, Maduronu “qəhrəman” adlandırdı

Hərbi əməliyyatlar narkotik qaçaqmalçılığı da daxil olmaqla qlobal problemləri həll etməyəcək.

Publika.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Narkotik da insan alveri, fahişəlik, silah kimi dövrümüzün reallıqlarıdır. Onlarla mübarizə aparılmalıdır. Amma narkotiklərə qarşı raketlərlə mübarizə aparmaq olmaz", - deyə Lukaşenko qeyd edib.

O, problemin həlli üçün yeni metodlar axtarmağın lazım olduğunu əlavə edib.

Lukaşenko, həmçinin venesuelalı həmkarı Nikolas Maduronu “qəhrəman adam” adlandırıb.

Seçilən
35
50
publika.az

10Mənbələr