Rəsmi Moskva Rusiyanın TRIPP layihəsində mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib.
"Ermənistan-Amerika layihəsinin təfərrüatları hələ öyrənilməlidir. Həm təşəbbüsün parametrlərini, həm də Rusiyanın mümkün iştirakını müzakirə etmək üçün erməni tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq", - deyə o bildirib.
Kaluqin Rusiyanın layihədə iştirakı üçün kifayət qədər əsasların olduğu qənaətindədir.
"Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları şirkəti Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolu xəttindən istifadə edir", - deyə Kaluqin qeyd edib.
O deyib ki, "Tramp marşrutu" əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək.
"Ermənistanın AİB-ə üzvlüyü amilini də nəzərə almalıyıq. Aydındır ki, tərəfdaşlarımız Rusiyasız keçinə bilməzlər", - deyə rusiyalı diplomat vurğulayıb.
Moskva Rusiyanın TRIPP layihəsində mümkün iştirakı ilə bağlı Yerevanla məsləhətləşmələr aparmağa hazırdır.
"Armenpress"in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib. "Erməni-Amerika layihəsinin təfərrüatları hələ öyrənilməlidir. Həm təşəbbüsün parametrlərini, həm də Rusiyanın mümkün iştirakını müzakirə etmək üçün erməni tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq", - deyə o bildirib.
Kalugin Rusiyanın layihədə iştirakı üçün kifayət qədər əsasların olduğu fikrini bildirib.
"Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları şirkəti Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir.