AZ

Rusiyasız “Tramp marşurutu” ola bilməz

Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bildirib ki, Moskva Yerevanla “Tramp Marşrutu” layihəsi ilə bağlı məsləhətləşmələr aparmağa və Rusiyanın mümkün iştirakını müzakirə etməyə hazırdır: “Ermənistan-Amerika layihəsinin təfərrüatları hələ öyrənilməlidir.

Həm təşəbbüsün parametrlərini, həm də Rusiyanın mümkün iştirakını müzakirə etmək üçün erməni tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq.”, – Mixail Kaluqin deyib. Diplomat qeyd edib ki, Rusiyanın layihədə iştirakı üçün kifayət qədər əsas var. O, xatırladıb ki, Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir: “Rusiya dəmir yolu xətləri regionda istifadə olunur” – Mixail Kaluqin bildirib.

Diplomat həmçinin qeyd edib ki, “Tramp Marşrutu” əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək: “Ermənistanın AİB-ə üzvlüyünü də nəzərdən keçirməliyik. Aydındır ki, tərəfdaşlarımız Rusiyasız keçinə bilməzlər.”, – Mixail Kalugin qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
2
editor.az

4Mənbələr