AZ

Lamin Yamal dünyanın ən yaxşı gənc futbolçusu seçildi

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün dünyanın ən yaxşı gənc (U-20) futbolçularının adlarını açıqlayıb.

"Unikal" qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 233 xalla İspaniya millisinin və “Barselona” klubunun hücumçusu Lamin Yamal başçılıq edib.

Fransanın PSJ klubunda çıxış edən Dezire Due (90 xal) ikinci, İngiltərə təmsilçisi “Çelsi”nin formasını geyinən Estevao (50 xal) üçüncü yeri tutub.

Türkiyə millisinin futbolçuları Arda Güler (30 xal) və Kenan Yıldız (10 xal) isə müvafiq olaraq, dördüncü və altıncı pillələrdə qərarlaşıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
2
unikal.az

5Mənbələr