Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün dünyanın ən yaxşı gənc (U-20) futbolçularının adlarını açıqlayıb.
Siyahıya 233 xalla İspaniya millisinin və "Barselona" klubunun hücumçusu Lamin Yamal başçılıq edib.
Fransanın PSJ klubunda çıxış edən Dezire Due (90 xal) ikinci, İngiltərə təmsilçisi "Çelsi"nin formasını geyinən Estevan (50 xal) üçüncü yeri tutublar.
Türkiyə millisinin futbolçuları Arda Güler (30 xal) və Kenan Yıldız (10 xal) isə müvafiq olaraq, dördüncü və altıncı pillələrdə qərarlaşıblar.