AZ

Müharibə veteranları ilə bağlı TƏKLİF Bu rüsumdan azad edilə bilərlər

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumunun ödənilməsindən azad olunanların kateqoriyasına təltifi olan müharibə veteranlarının da daxil edilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Bu addım vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə, habelə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini nəzərdə tutan normativ hüquqi aktların məqsədlərinə uyğundur”.Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyibDeputat, həmçinin layihənin icrasının daha effektiv təşkili məqsədilə dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılmasını təklif edib:“Bu məlumatların bütün dövlət xidmətlərinin, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olardı. Bu addım, hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, dövlət rüsumlarından azadolma hüququ olan şəxslərin bu hüquqlarını hansısa arayışla təsdiq edilməsi mexanizmlərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların operativ və şəffaf icrasının təmin edilməsinə xidmət edər”.Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
2
bizim.media

3Mənbələr