AZ

Qadın sürücü pedalları dəyişik saldı: Avtomobil hovuza düşdü – VİDEO

Fransanın La Siota şəhərində baş verən yol-nəqliyyat hadisəsi qorxulu anlara səbəb olub.

Bakupost.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, qadın sürücü avtomobili qapalı üzgüçülük hovuzunun yerləşdiyi ərazidə park etmək istəyərkən qeyri adi qəza törədib.

Sürücünün avtomatik ötürücülü maşınlara alışıq olmaması pedalların səhv salmasına səbəb olub. Sürücü əyləc əvəzinə qaz pedalına basıb. Nəticədə avtomobili idarəetmədən çıxaraq sürətlə irəliləyib və şüşə divarı sındıraraq birbaşa hovuza düşüb. Hadisə zamanı hovuzda olan xilasedici güclü toqquşma səsi eşitdiklərini və avtomobilin şüşə divarın ortasından keçərək suya girdiyini bildirib.

Avtomobil qısa müddətdə suya batıb. Avtomobildə olan 38 yaşlı qadın və azyaşlı qızı avtomobilin içində qalaraq təhlükə ilə üzləşiblər. Hovuzdakı xilasedicilər və üzgüçülər dərhal müdaxilə edərək ana və uşağı avtomobildən çıxarıblar. Avtomobilin içi qaranlıq və uşaq təhlükəsizlik kəməri ilə bağlı olduğundan xilasetmədə çətinlik yaranıb.

Ana və qızın su udmadan xilas edilməsi böyük şans kimi qiymətləndirilib. Hadisə zamanı təxminən 20 nəfərin olduğu hovuzda avtomobilin heç kimə dəyməməsi möcüzə kimi dəyərləndirilib. Yalnız bir üzgüçünün qaşına şüşə qırıntısı dəyib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
36
7
cebheinfo.az

8Mənbələr