Çəhrayı sis britaniyalıları heyrətləndirib.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, Böyük Britaniya sakinləri səmanı çəhrayı çevirən qeyri-adi atmosfer hadisəsinin şahidi olublar.
Əhali təşvişə düşüb və hadisənin səbəbi ilə maraqlanıblar.
Şahidlər qeyri-adi hava ilə bağlı foto və videoları həvəslə paylaşıblar. Bəzi sosial şəbəkə istifadəçiləri şəkillərin heç bir filtr olmadan çəkildiyini qeyd edərək, mənzərənin "qorxunc" olduğunu qeyd edibləər.
Meteorologiya İdarəsinin məlumatına görə, bu təsir günəş işığı dumanın tərkibindəki kiçik hissəciklərdən - nəm və ya tozdan - keçdikdə baş verir. Nəticədə mavi çalarlar süzülür, qırmızı və çəhrayı çalarlar dominantlıq edir.