Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Müğənni Nərmin Kərimbəyovadan yeni xəbər var.
Metbuat.az xəbər verir ki, sənətçi yeni il ərəfəsində təzə layihəsini təqdim edib. İfaçı sevənlərini uşaqlıq illərinə apararaq, onlara kiçik sürpriz edib. Belə ki o, dilimizdə əzbər olan, sevdiyimiz məşhur "Yeni il gəldi" nəğməsinə fərqli nəfəs verib. Layihə müğənninin rəsmi "youtube" kanalında "online"dır. Kərimbəyovanın duet ortağı bəstəkar - müğənni Səfər Zamandır.1
Sevənlərinə nostalji yaşatmaq istəyən Nərmin, köhnə nəğmənin məhz bu tərzdə onun ifasında da seviləcəyindən əmindir.
Qeyd edək ki, sevilən mahnının sözləri Hikmət Ziya, musiqisi isə Musa Mirzəyevə aiddir. Yeni üslubda hazırlanması isə Rasim Əsgərov və Dahinə həvalə olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.