Türkiyə mediasında geniş əks-səda doğuran mərc araşdırması ilə bağlı yeni və şok təfərrüatlar üzə çıxıb.
Fanat.Az xəbər verir ki, araşdırmada adı hallanan keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar ilə bağlı Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hazırladığı hesabat ictimailəşib.
MASAK hesabatında Əhməd Çakarın mərc oyunları ilə bağlı maliyyə əməliyyatlarının həcmi ilə bağlı diqqətçəkən rəqəmlər yer alıb:
-
Oynadığı Mərc: 1830 dəfə
-
Yatırdığı Məbləğ: 16 milyon 978 min 959 Türk Lirəsi
-
Çəkdiyi Məbləğ: 3 milyon 354 min 576 Türk Lirəsi
Hesabatda göstərilən bu rəqəmlər, mərc araşdırmasının miqyası və bu prosesdə tanınmış simaların iştirakı ilə bağlı yaranan sualların ciddiliyini bir daha gözlər önünə sərir.
Kamil Xudiyev