AZ

Türkiyədə mərc qalmaqalı davam edir: 16 milyon yatırıb, 3 milyon qazanıb

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Türkiyə mediasında geniş əks-səda doğuran mərc araşdırması ilə bağlı yeni və şok təfərrüatlar üzə çıxıb.

Fanat.Az xəbər verir ki, araşdırmada adı hallanan keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar ilə bağlı Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hazırladığı hesabat ictimailəşib.

MASAK hesabatında Əhməd Çakarın mərc oyunları ilə bağlı maliyyə əməliyyatlarının həcmi ilə bağlı diqqətçəkən rəqəmlər yer alıb:

Oynadığı Mərc: 1830 dəfə

Yatırdığı Məbləğ: 16 milyon 978 min 959 Türk Lirəsi

Çəkdiyi Məbləğ: 3 milyon 354 min 576 Türk Lirəsi

Hesabatda göstərilən bu rəqəmlər, mərc araşdırmasının miqyası və bu prosesdə tanınmış simaların iştirakı ilə bağlı yaranan sualların ciddiliyini bir daha gözlər önünə sərir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
fanat.az

2Mənbələr