AZ

İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

“Yeni Sabah”ın məlumatına görə, bu mərhələdə - dekabrın 17-də Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 91 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə - 45 nəfər köçürülür.

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Telegram kanalımız
Seçilən
23
29
yenisabah.az

10Mənbələr