AZ

Növbəti köç karvanları bu kəndlərə çatdı - YENİLƏNİB

Növbəti köç karvanı Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə çatıb.

"Report" xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb.

06:25

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

"Report" xəbər verir ki, bu gün Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

"Cebheinfo.az"

Seçilən
14
4
cebheinfo.az

10Mənbələr