AZ

Horovluda 19 ailəyə mənzillərin açarları təqdim edildi - YENİLƏNDİ/FOTOLAR

BAKI, 24 dekabr. TELEQRAF

Bu gün Horovluda yeni sakinlər - 70 nəfərdən ibarət 19 ailəyə mənzillərin açarları təqdim edilib.

Teleqraf xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

14:00

Növbəti köç karvanı Xocavənd rayonunun Sos kəndinə çatıb.

Teleqraf xəbər verir ki, bu köç 99 nəfərdən ibarət 24 ailəni əhatə edib.

***

13:05

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

Teleqraf xəbər verir ki, bu köç 19 ailədən olan 70 nəfəri əhatə edib.

***

06:27

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Teleqraf xəbər verir ki, bu gün Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 99 nəfərdən ibarət 24 ailə, Cəbrayıl rayonunun Horovlu kəndi isə 70 nəfərdən ibarət 19 ailə köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Seçilən
51
7
teleqraf.com

10Mənbələr