AZ

“Bakı Elektriktökmə” ləğv olunur - SƏHMDARLARI TOPLANIR

2 fevral 2026-cı il tarixdə, saat 11:00-da. “Bakı Elektriktökmə” ASC-nin (VÖEN: 1500304431) səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcək.

FED.az xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 5, “Bakı Elektriktökmə” ASC-nin inzibati binası. ünvanında keçiriləcək.

 İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Elektriktökmə” ASC-nin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

3. “Bakı Elektriktökmə” ASC-nin ləğv edilməsi barədə qərarın qəbul edilməsi;

4. “Bakı Elektriktökmə” ASC-nin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi);

5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

6. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.

  Əlaqə telefonu: (050) 327-60-20

Seçilən
25
1
fed.az

4Mənbələr