AZ

"Bakı Məişət Malları" ləğv olunur

 

4 fevral 2026-cı il tarixdə, saat 11:00-da “Bakı Məişət Maşınları” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçirilməsi  (VÖEN: 1500028361) nəzərdə tutulur.

FED.az xəbər verir ki, yığıncağın  Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 6, “Bakı Məişət Maşınları” ASC-nin inzibati binası ünvanında keçirilməsi nəzərdə tutulur.

İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Məişət Maşınları” ASC-nin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

3. “Bakı Məişət Maşınları” ASC-nin ləğv edilməsi barədə qərarın qəbul edilməsi; 4. “Bakı Məişət Maşınları” ASC-nin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi);

5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

6. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.

 Əlaqə telefonu: (050) 215-76-17

Seçilən
18
1
fed.az

4Mənbələr