Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldu FİFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, qapıçısı və məşqçisinin müəyyənləşdirilməsi üçün keçirilən səsvermədə iştirak etməyib.
QOL.az xəbər verir ki, onu Portuqaliya millisindəki komanda yoldaşı Bernardo Silva əvəzləyib.
Ənənəvi mükafatlandırma mərasimi 16 dekabr tarixində Qətərin paytaxtı Dohada baş tutub. Səsvermədə FIİA-ya üzv hər ölkədən üç nümayəndə iştirak edir: milli komandanın baş məşqçisi, kapitanı və bir idman jurnalisti.
FİFA-nın versiyasına görə 2025-ci ilin ən yaxşı futbolçusu adına PSJ-nin hücumçusu Usman Dembele layiq görülüb. İlin ən yaxşı məşqçisi mükafatını isə Paris təmsilçisinin baş məşqçisi Luis Enrike qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.