AZ

Ronaldo "The Best" səsverməsində iştirak etmədi

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo FİFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, qapıçısı və məşqçisinin müəyyənləşdirilməsi üçün keçirilən səsvermədə iştirak etməyib.

QOL.az xəbər verir ki, onu Portuqaliya millisindəki komanda yoldaşı Bernardo Silva əvəzləyib.

Ənənəvi mükafatlandırma mərasimi 16 dekabr tarixində Qətərin paytaxtı Dohada baş tutub. Səsvermədə FIİA-ya üzv hər ölkədən üç nümayəndə iştirak edir: milli komandanın baş məşqçisi, kapitanı və bir idman jurnalisti.

FİFA-nın versiyasına görə 2025-ci ilin ən yaxşı futbolçusu adına PSJ-nin hücumçusu Usman Dembele layiq görülüb. İlin ən yaxşı məşqçisi mükafatını isə Paris təmsilçisinin baş məşqçisi Luis Enrike qazanıb.

Seçilən
46
3
teleqraf.com

6Mənbələr