AZ

Gürcüstan Korrupsiyaya qarşı Mübarizə Bürosunu ləğv edəcək

BAKI, 17 dekabr. TELEQRAF

Gürcüstan Parlamenti üçüncü və sonuncu oxunuşda Avropa İttifaqının tövsiyəsinə uyğun olaraq 2022-ci ildə yaradılmış Korrupsiyaya qarşı Mübarizə Bürosunun ləğvini nəzərdə tutan qanunu qəbul edib.

Teleqraf xəbər verir ki, qanunun lehinə 77 deputat səs verib.

Qanun imzalanmaq üçün Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə göndərilib. Mixeil Kavelaşvili onu imzaladıqdan sonra Korrupsiyaya qarşı Mübarizə Bürosu 2 mart 2026-cı ildə fəaliyyətini dayandıracaq.

Seçilən
23
1
teleqraf.com

5Mənbələr