AZ

Gürcüstan Korrupsiyaya Qarşı Mübarizə Bürosunu ləğv edəcək - QƏRAR

Gürcüstan Parlamenti üçüncü və sonuncu oxunuşda Avropa İttifaqının tövsiyəsinə uyğun olaraq 2022-ci ildə yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ləğvini nəzərdə tutan qanunu qəbul edib. 

"Cebheinfo.az" xəbər verir ki, qanunun lehinə 77 deputat səs verib. 

Qanun imzalanmaq üçün Gürcüstan Respublikasının Prezidentinə göndərilib. Prezident Mixeil Kavelaşvili onu imzaladıqdan sonra Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2 mart 2026-cı ildə fəaliyyətini dayandıracaq.

Büronun funksiyaları Dövlət Audit Xidmətinə veriləcək.

Qeyd edək ki, Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2022-ci ilin sonlarında yaradılıb. Belə bir qurumun yaradılması Aİ-nin namizəd statusu almaq üçün tövsiyələrindən biri olub. 

"Cebheinfo.az"

Seçilən
33
3
cebheinfo.az

5Mənbələr