AZ

4-cü sinif şagirdinin gözünə qayçı ilə XƏSARƏT YETİRDİ

Ajans.az xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.(Mənbə: qafqazinfo)

Seçilən
55
13
Ajans.az

10Mənbələr