AZ

Gəncə məktəbində ŞOK: Qayçı ilə şagird yoldaşına xəsarət yetirdi

Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.

Paralel.az xəbər verir ki hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb.
 

Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.


İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Seçilən
54
13
paralel.az

10Mənbələr