Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 17 fevral 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Xarici İşlər Nazirliyinə (XİN) məxsus 3 ədəd nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Qeyd edilib ki, nazirliyin hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 6 min 150 manatdan 7 min 688 manata qədərdir.
Nəqliyyat vasitələrinin markaları isə "Khazar Peugeot"dur. Avtomobillər 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Bizi sosial şəbəkələrdən izləyin!!