AZ

Rusiyanın hücumu nəticəsində Zaporojyedə yaralananların sayı 29 nəfərə çatdı - FOTO

BAKI, 17 dekabr. TELEQRAF

Zaporojyedə gün ərzində baş verən hava hücumu nəticəsində qurbanların sayı 29-a çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Zaporojye bölgəsinin rəhbəri İvan Fedorov "Telegram" -da məlumat yayıb.

"Düşmənin Zaporojye və Zaporojye rayonuna hücumu nəticəsində yaralananlar tibbi yardım almağa davam edirlər", - deyə bölgə rəhbəri qeyd edib.

Onun sözlərinə görə, artıq 29 nəfərin tibbi yardıma ehtiyacı var. Onların arasında beş uşaq da var.

Fedorov əlavə edib ki, üç nəfərin vəziyyəti ağırdır. Həkimlər daha 14 yaralının vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Bütün yaralılara lazımi yardım göstərilir.

Seçilən
84
1
teleqraf.com

2Mənbələr