AZ

Rusiyanın hücumu nəticəsində Zaporojyedə yaralananların sayı 30 nəfərə çatdı

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaporojyedə gün ərzində baş verən hava hücumu nəticəsində qurbanların sayı 30-a çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Zaporojye bölgəsinin rəhbəri İvan Fedorov "Telegram" -da məlumat yayıb.

"Düşmənin Zaporojye və Zaporojye rayonuna hücumu nəticəsində yaralananlar tibbi yardım almağa davam edirlər", - deyə bölgə rəhbəri qeyd edib.

Onun sözlərinə görə, artıq 30 nəfərin tibbi yardıma ehtiyacı var. Onların arasında beş uşaq da var.

Fedorov əlavə edib ki, üç nəfərin vəziyyəti ağırdır. Həkimlər daha 14 yaralının vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Bütün yaralılara lazımi yardım göstərilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
sherg.az

2Mənbələr