GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşkarlanıb.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə ərazisində qeydə alınıb.
Məlumata görə, həmin ərazidə yaşayan 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilib. Əraziyə gələn həkimlər gəncin artıq həyatını itirdiyini müəyyən ediblər.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.
“Denmedia.az” saytının məlumatına görə, vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir.
Məlumata görə, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə hələ məktəblidir.
Hadisənin təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.