AZ

Sumqayıtda ölən gənc məhşur partiya sədrinin nəvəsi imiş

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşkarlanıb.

 

Hadisə şəhərin 30-cu məhəllə ərazisində qeydə alınıb. Məlumata görə, həmin ərazidə yaşayan 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilib.

 

Əraziyə gələn həkimlər gəncin artıq həyatını itirdiyini müəyyən ediblər. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.

 

Qeyd edək ki, vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir. Məlumata görə, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə hələ məktəblidir.

 

Hadisəyə gəlincə isə xəstəxanadan verilən məlumata görə, Fəttayev Müşfiq Mirmehdi oğlu ürək tutmasından dünyasını dəyişib.//Denmedia.az

Tarix: 17 Dekabr 2025, 22:17   
Seçilən
29
4
pravda.az

10Mənbələr