Temperatur 5 dərəcə yüksək olduqda olivye salatında mikroorqanizmlər sürətlə çoxalır, bu isə salatın xarab olmasına və zəhərlənmə riskinə səbəb olur.
Redaktor.az xəbər verir ki, bu barədə kimya kafedrasının müəllimi Kseniya Kuznetsova lenta.ru-ya açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, qida təhlükəsizliyi baxımından olivye salatını soyuducusuz saxlamaq üçün təhlükəsiz müddət mövcud deyil.
Onun sözlərinə görə, otaq temperaturunda artıq 1-2 saat sonra mikroflora, o cümlədən potensial patogen mikroorqanizmlər aktiv şəkildə çoxalmağa başlayır. Salatdakı yağlı emulsiyanın ayrılması isə onun konsistensiyasını pisləşdirir və mikroorqanizmlərin inkişafına şərait yaradır.
Aytəkin TOFİQQIZI