AZ

Maduro: “Venesuela Vyetnamın aqibətini yaşamayacaq”

Venesuela Prezidenti Nikolas Maduro, ölkəsinin ABŞ tərəfindən 25 həftədir hərbi mühasirəyə alındığını və bununla mübarizə apardıqlarını bildirib. Karakasda keçirilən İşçilərin Təsis Məclisində çıxış edən Maduro, ABŞ-ın Venesuelanı Liviya, Əfqanıstan və İraq kimi ölkələrlə müqayisə edilən bir ssenariyə sürükləmək istədiyini söyləyib.

Maduro, “Biz yeni bir Vyetnam istəmirik. Venesuela 25 həftədir ki, bu hərbi mühasirədən şikayətlənir, mübarizə aparır və onu dəf edir. Biz çoxşaxəli hücum altındayıq, amma Venesuela xalqı nə qədər güclü və dözümlü olduğunu göstərdi” deyərək, ölkəsinin müqavimətini vurğulayıb.

Venesuela Prezidenti ABŞ hökumətini “dəniz piratçılığında” günahlandıraraq, “Karib dənizində və Venesuelada sülhü qorumaq, əslində, bütün dünyada sülhü qorumaq deməkdir. Biz piratçılıqla məşğul olmaq hüququna malik olduqlarına inananlara qarşı mübarizə aparmalıyıq,” deyib.

Maduro, ABŞ-ın açıq dənizdə Venesuelaya aid olan neft tankerini ələ keçirməsini “piratçılıq aktı” kimi qiymətləndirib və tankerə 1,9 milyon barel neft yükləndiyini xatırladıb. “Bu, açıq-aşkar oğurluqdur,” deyə Maduro bildirib.

Prezident, şəxsi həyatı ilə bağlı da açıqlama verərək, “Həyatımda heç vaxt iş adamı və ya milyarder olmamışam, olmaq istəmirəm və heç vaxt istəmərəm. Mən sadəcə adi bir işçi sinfindənəm, adi bir insanam,” deyib. O, həmçinin, xalqının bu gün daha güclü və şüurlu olduğunu vurğulayıb.

Venesuela hökuməti, ABŞ-ın sahillərindəki neft tankerini ələ keçirməsini “açıq oğurluq” adlandırıb və məsələni beynəlxalq orqanlara çatdıracağını bildirib.

Dekabrın 11-də ABŞ Prezidenti Donald Tramp, Venesuela sahillərindəki bir neft tankerini ələ keçirdiklərini açıqlayıb və onu saxlayacaqlarını bildirib. Tramp, əvvəlki açıqlamalarında Venesuelaya qarşı quru hücumları başlatmağı da nəzərdən keçirə biləcəklərini və bu hücumların “tezliklə” başlaya biləcəyini bildirib.

Seçilən
130
50
veteninfo.az

10Mənbələr