Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında formalaşan sülh şəraiti Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində də yeni imkanlar yaradır.
KONKRET.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, avqustun 8-də əldə olunan razılaşmalardan sonra bu qərarların guya Rusiyaya qarşı yönəldiyi barədə fikirlər səsləndirilirdi:
“Xatırlayırsınızsa, 8 avqustdan sonra bəziləri deyirdi ki, bu, anti-Rusiya qərarıdır və Moskvaya qarşı yönəlib. Mən isə bildirirdim ki, xeyr, bu addımlar Ermənistan–Rusiya münasibətləri üçün də yeni imkanlar açır”.
Ermənistanın baş naziri vurğulayıb ki, avqustun 8-də imzalanan razılaşmalar nəticəsində Ermənistan və Rusiya arasında müstəqil Ermənistan tarixində ilk dəfə dəmir yolu əlaqəsi yaranıb. Onun fikrincə, bu proses regionda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika imkanlarının genişlənməsinə xidmət edir.
Müşviq Tofiqoğlu
KONKRET.az